AZ

Rusiyadan bu ölkələrə xəbərdarlıq: Fəlakətə səbəb olacaq

BAKI, 16 fevral. TELEQRAF

“Avropa siyasətçilərinin cinsiyyətin dəyişdirilməsi və transgenderlərin hüquqlarının genişləndirilməsi ilə bağlı qərarları böyük faciəyə gətirib çıxaracaq”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“2025-ci ilin oktyabrında Avropa Komissiyası tərəfindən təqdim olunan strategiyada cinsiyyətin dəyişdirilməsi üçün yaş məhdudiyyətləri və tibbi şərtlərin ləğvi kursu göstərilib. Artıq bu gün Avropanın təxminən 20 ölkəsində bu məhdudiyyətlər yoxdur və ya minimum səviyyədədir. Bunun nə ilə nəticələnəcəyini izah etməyə ehtiyac yoxdur. Bütün bu qərarlar böyük faciəyə aparacaq”, - spiker bildirib.

Volodin qeyd edib ki, yaxın günlərdə Avropa Parlamentində yalnız bioloji qadınların hamilə qala və uşaq doğa bilməsi məsələsi ilə bağlı debatlar keçirilib:

“Bu məsələ üzrə səsvermənin nəticələri növbəti dəfə dəlilik və deqradasiya səviyyəsini göstərdi. Avropa Parlamentinin əksəriyyəti hesab edir ki, hamiləlik yalnız qadınlara aid deyil, kişilər də hamilə qala bilər.

Təəssüf ki, orada bu günkü siyasətçilər hakimiyyətdə olduqları müddətdə Avropanın bu dəlilik və azğınlığı dayanmayacaq. Onlar insanların surroqatlara çevrilməsi ilə bağlı planlarını qərar və qanunlarla sənədləşdirirlər”.

Seçilən
21
teleqraf.com

1Mənbələr