AZ

Rusiyada meymun çiçəyi xəstəliyinə iki yeni yoluxma halı qeydə alınıb

Vətəninfo.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində meymun çiçəyi xəstəliyinə iki yeni yoluxma halı qeydə alınıb. Hər iki şəxs şəhər xəstəxanasına aparılıb və həkimlər onların vəziyyətini orta ağır olaraq qiymətləndiriblər.

Əvvəlki məlumatlara görə, bir yoluxmuş şəxs Domodedovo xəstəxanasına aparılıb və onun vəziyyəti də orta ağır idi. Bu şəxs, Moskva vilayətinin 41 yaşlı sakini ilə yaxın təmasda olmuşdu və yoluxmuş şəxslərdən biri hesab edilir.

Meymun çiçəyi xəstəliyi, yoluxmuş insan və ya heyvanla yaxın təmas yolu ilə ötürülür. Xəstəlik dəridə infeksiyalar, pnevmoniya və sepsis kimi ciddi ağırlaşmalarla təhlükəlidir.

Seçilən
69
veteninfo.az

1Mənbələr