AZ

“Real” əzəli rəqibini geridə qoydu

“Real” İspaniya çempionatında növbəti rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, Madrid klubu La Liqanın 24-cü turunda “Real Sosyedad”ı 4:1 hesabıyla məğlub edib. Paytaxt komandası iki qolu penalti ilə vurub və hər iki 11 metrlik zərbəni Vinisius Junior dəqiq yerinə yetirib.

“Real” bu nəticə ilə La Liga tarixində yeni rekorda imza atıb. Belə ki, madridlilər cari mövsümün ilk 24 turunda 13 penalti qazanıb. Bu, çempionat tarixində ilk belə haldı.

Əvvəlki rekord “Barcelona”ya məxsus idi. Kataloniya təmsilçisi 1950/51 və 2015/16 mövsümlərində ilk 24 turda 12 penalti qazanmışdı.

Seçilən
105
5
football-plus.az

7Mənbələr