AZ

Ukraynaya HÜCUM: İşıq və istilik KƏSİLİB

Ajans.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində Bryansk vilayətində beş bələdiyyədə enerji təchizatında fasilələr yaranıb. “Bryanskaya Quberniya” qəzetinin yaydığı məlumata görə, elektrik və istilik kəsintiləri ilə yanaşı, bəzi çoxmərtəbəli yaşayış binalarında isti suyun verilişi də müvəqqəti olaraq dayandırılıb. Şəhərdə pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq rejimi 15 fevral səhərindən 16 fevral gecəsinədək – 19 saatdan çox müddətdə qüvvədə olub. Qəzetin məlumatında bildirilir ki, enerji təchizatı qısa müddət sonra bərpa edilib. Qubernator Aleksandr Boqomaz isə bununla bağlı əlavə açıqlama verməyib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, 15 fevral saat 20:00-dan 23:00-dək hava hücumundan müdafiə qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Onlardan bəzilərinin Bryansk vilayəti üzərində zərərsizləşdirildiyi bildirilib.

 

Seçilən
100
Ajans.az

1Mənbələr