AZ

Mənə ikinci dəfə yeznəm böyrəyini verdi

ain.az, Axsham.az saytına istinadən bildirir.

Aparıcı Vüsalə Əlizadə səhhəti ilə bağlı etiraf edib. 

Axşam.az xəbər verir ki, "Pərvizə görə" verilişində aparıcı ona ikinci dəfə böyrək köçürməsi edildiyini deyib. O bildirib ki, bu dəfə ona bacısının həyat yoldaşı donor olub:

"8 il əvvəl idi. Qızımın 6 yaşı var idi. Mən ikinci dəfə həmin acını yaşadım. Mənim üçün bunu yaşamaq ikiqat çətin idi. İlk dəfə bunu yaşayanda atam yanımda idi və dərdi olmayan qız idim. 8 il əvvəl isə tək qadın idi, gözü gözümə baxan bir körpə var idi. Biz əziyyətli günləri yaşamağa başladıq. Hər ay müalicə üçün İrana gedib-gəlirdim. Böyük məbləğlər gedirdi. İranda dedilər ki, mart ayına qədər vaxtı var, böyrək dayanacaq. Getmək istəyirik Türkiyəyə, amma İranda hava pis, qar, təyyarələr uçmur. Nəhayət İstanbula getdik. Həkim dedi ki, kaş sizə 1 ay əvvəldən məlumat verərdilər. Həkimə dedim ki, icazə verməyin ölüm. Qızımın ad günü olacaqdı. Fevralın 7-si idi, dializ olundum, gəldim və 10-da Diləyin ad gününü etdik. 11-də qayıtdıq İstanbula. Ailədə hamı analiz verib ki, böyrəyi uysa mənə versin. Qardaşım çox istədi böyrəyini versin, icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Elşən mənim donorum oldu".

Qeyd edək ki, Vüsaləyə birinci dəfə anası öz böyrəyini verib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
2
axsam.az

2Mənbələr