AZ

Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 682 min 901 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Cari ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,4 faiz artıb.

Marja.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 205 min 104 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7 faiz çoxdur.

2026-cı ilin yanvar ayında 1050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 faizi yerli investisiyalı, 10,4 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,6 faiz təşkil edib.

2026-cı ilin fevral ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Fevral ayının 1-nə qeydiyyatda olan 136 min 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 faiz artıb.

Qetd edək ki, hüquqi şəxslər 3 qrupa ayrılır:

Kommersiya hüquqi şəxsləri - fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan;

Qeyri-kommersiya hüquqi şəxsləri - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən;

Publik hüquqi şəxslər - ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan qurumlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
13
marja.az

10Mənbələr