AZ

“Neftçi” tilsimi qırdı - Avrokubok şansı

“Neftçi” Azərbaycan Premyer Liqasında ardıcıl 2 səfər oyununda üç və ya daha çox qol vurub. XVIII turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar XX turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/21 mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”nı 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

PFL saytı bu nəticələri "Neftçi"nin 5 il gözlədiyi məhsuldarlıq" başlığı ilə dərc edib.

Xatırladaq ki, "Kəpəz"lə qarşılaşmada "ağ-qaralar" bir neçə real qol imkanı əldə etsələr də, qapı dirəkləri meydan sahiblərinin dadına çatıb.

Oyundan sonra bakılıların baş məşqçi Yuri Vernidubun ilk növbədə qələbə münasibətilə “Neftçi” azarkeşlərini təbrik edib: "Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstə olduğum üçün orada iştirak edə bilmədim və buna görə də onlardan üzr istəyirəm. Azarkeşlərimiz hər zaman komandanın arxasında olduğu üçün biz belə uğurlu nəticələr əldə edirik. Sambu və Abubakara gəldikdə, bu ön xətt futbolçuları arasında seçim etmək mənə çətindir, amma bu gün hər ikisinin oyunundan razı qaldım. Öz üzərlərində işləməyə bu cür davam etsələr, daha yaxşı oynayacaqlar. Gələn həftə rəsmi matçımız olmadığı üçün ya yoxlama görüşü keçirəcəyik, ya da öz aramızda oynayacağıq. Yəni komandanı tonusda saxlamağa çalışacağıq ki, qələbə qazanmağa davam edək”.

Bununla "Neftçi" avrokuboklara çıxmaq şansını özündə saxlayır. Hazırda turnir cədvəlində 7-ci yerdə qərarlaşan "ağ-qaralar" 6-cı və 5-ci yerdə olan - "Araz Naxçıvan", "Sumqayıt"la eyni xala sahibdir. Komanda son turlarda qazandığı xallarla artıq avrokuboklara vəsiqə verən 3-cü yer ilə fərqi 5-ə endirib. 

Ukraynalı mütəxəssisin gəlişindən sonra paytaxt klubu hələlik Premyer Liqada məğlubiyyətlə üzləşməyib.

Seçilən
97
50
olke.az

10Mənbələr