Moskva Qarnizon Hərbi Məhkəməsi Rusiya Müdafiə Nazirliyindən 592 milyon rubl oğurluğu təşkil etməkdə və iştirak etməkdə ittiham olunan texniki elmlər namizədi, təqaüdçü kontr-admiral Nikolay Kovalenkoya hökm oxuyub.
Herbiand.az TASS-a istinadən xəbər verir ki, Nikolay Kovalenko xəstəlik səbəbindən həbs cəzasından azad edib.
Hakim bildirib ki, "Nikolay Kovalenko günahkar bilinsin və ona 4 il 6 ay müddətinə ümumi rejimli cəza koloniyasında cəza və 500.000 rubl cərimə təyin edilsin. Xəstəlik səbəbindən həbs cəzasından azad edilsin".