AZ

İsrail ordusu II Əbdülhəmidin açdığı yolu tutdu: bayraq qaldırıldı FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İsrail qüvvələri İordan çayının qərb sahilindəki Nablusun Burka kəndində tarixi Əl-Məsudiye Dəmiryolu Stansiyasının sahəsində bayraqlar asıb və əraziyə dəmir qapılar quraşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

“Yerli fələstinli rəsmilər bu addımı bölgədə nəzarətin gücləndirilməsi və işğalın möhkəmləndirilməsi kimi qiymətləndirirlər. Bölgədəki kəndlilərin öz ərazilərinə çıxışı çətinləşib, əkin sahələrinə ziyan dəyib və təxminən 500 hektar torpaq artıq İsrail qüvvələrinin nəzarətinə keçib.

Əl-Məsudiyə Dəmiryolu Stansiyası tarixi Hicaz Dəmiryolunun bir qoludur və arxeoloji baxımdan böyük əhəmiyyət daşıyır”, – məlumatda bildirilib.

Qeyd edək ki, Hicaz Dəmiryolu Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1900-1908-ci illərdə çəkilib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr