Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Publika.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək.