Qırğızıstan Prezidenti Sadır Japarov respublikanın şimal-cənub xətti üzrə bölünməsinə icazə verməyəcəyinə söz verib.
“Cebheinfo.az” xəbər verir ki, , bu açıqlamanı dövlət xəbər agentliyi “Kabar”-a verdiyi müsahibədə deyib.
"Mən heç vaxt şimal-cənub bölünməsinə icazə verməyəcəyəm. Siyasətçilər lazım olduqda bu cür bölünmələrdən öz şəxsi mənfəətləri üçün istifadə edəcəklər", - deyə o bildirib.
Qırğızıstan ənənəvi olaraq şimal və cənub bölgələrindən olan insanlar arasında siyasi rəqabətə səhnə olub.
"Müstəqillikdən bəri siyasətçilər ölkəni şimal və cənuba bölürlər. Mən bunu 2005-ci ildə ilk dəfə siyasətə gələndə öz gözlərimlə gördüm. Onlar hökuməti elə böldülər ki, yarısı şimala, yarısı cənuba aid olsun. Bu, məni həqiqətən də məyus etdi", - deyə dövlət başçısı davam etdi.
O, dyib ki, özü-özünə and içib: “And işçdim ki, əgər prezident olsam, bu tendensiyanı mütləq aradan qaldıracağam”.
O, ölkənin bu bölünməsinin 2021-ci ildən başlayaraq tədricən yox olmağa doğru getdiyini deyib: "Bizdə rayon akimləri, rayon rəhbərləri, məhkəmələr, prokurorluq, Dövlət Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi rotasiyası olub. Bundan əlavə, hazırda cənub bölgələrində şimaldan və əksinə, şimalda cənubdan qubernator yoxdur”.