AZ

Telegram bir gündə 200 mindən çox qrup və kanalı blokladı

Mesencer Telegram fevralın 15-də 235 282 qrup və kanalı silib. Bu, yanvarın 23-dən bəri ən yüksək göstəricidir. Həmin gün 300 840 icma bloklanmışdı. 

Bizim.Media xəbə verir ki, bu barədə platformanın statistik məlumatlarına istinadən RIA Novosti xəbər yayıb.

Fevral ayının əvvəlindən etibarən Telegram 1 856 069 qrup və kanalı bloklayıb. İlin əvvəlindən isə bu rəqəm 7 256 305-ə çatıb. Onlardan 27 282 icma terrorçuluqla əlaqəli olub.

Şirkətdən bildirilib ki, 2015-ci ildən etibarən moderasiya istifadəçi şikayətləri vasitəsilə həyata keçirilir. 2024-cü ilin əvvəlində isə bu mexanizmlər süni intellekt əsaslı alətlərlə gücləndirilib.
 

Fevralın 10-dan etibarən Rusiyada mesencerin fəaliyyəti məhdudlaşdırılıb. Bildirilib ki, servis ölkə qanunvericiliyinin tələblərini yerinə yetirmir. Dövlət Dumasında isə qeyd olunub ki, platforma Roskomnadzor ilə dialoq aparır, lakin məhdudiyyətlərin aradan qaldırılması üçün əlavə addımlar atmalıdır.


Telegram 2013-cü ildə Pavel Durov tərəfindən yaradılıb. O, həmçinin “VKontakte” sosial şəbəkəsinin qurucusudur. Mesencerin aylıq aktiv istifadəçilərinin sayı 1 milyardı ötür.

Bizim.Media

Seçilən
62
7
bizim.media

10Mənbələr