AZ

Ötən ay müsadirə olunmuş narkotik vasitələrin 85,6 faizini marixuana təşkil edib

Bakı, 16 fevral, Nailə Həsənova, AZƏRTAC

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış psixotrop maddələrin çəkisi 12 kiloqram 400,634 qram (82,9 faiz) azalıb.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, müsadirə olunmuş müxtəlif növ narkotik vasitələrin 765 kiloqram 086,6 qramını (85,6 faizi) marixuana təşkil edib. Onun da 648 kiloqram 809,2 qramı (84,8 faizi) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 116 kiloqram 277,4 qramı (15,1 faizi) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə qanunsuz kultivasiya edilib.

Seçilən
69
4
azertag.az

5Mənbələr