AZ

“NATO Ukraynanı 2014-cü ildən silahlandırmalı idi” - Stoltenberq

“NATO ölkələri 2014-cü ildən etibarən Ukraynanı əhəmiyyətli dərəcədə silahlandırmalı idilər”.

Missiya.Az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.

"Böyük səhv ondan ibarət idi ki, biz Ukraynaya daha əvvəl əhəmiyyətli dəstək vermədik. Biz buna 2014-cü ildə başlamalı idik. Hətta 2014-2022-ci illər arasında onları silahlandırıb təlim keçsəydik, münaqişənin qarşısını ala bilərdik", - deyə siyasətçi vurğulayıb.

Stoltenberq həmçinin etiraf edib ki, əgər Qərb Ukraynanı daha əvvəl silahlandırmağa başlasaydı, Kiyev hazırda daha güclü danışıqlar mövqeyinə malik olardı.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr