AZ

“Taliban” rəsmisi Vaşinqtona mesaj verdi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Taliban” hərəkatının sözçüsü Zəbihullah Mücahid İran Radiosuna müsahibəsində bildirib ki, Əfqanıstan ABŞ tərəfindən mümkün hücum halında və İranın müvafiq tələbi olarsa, Tehranla əməkdaşlığa hazırdır.

"Cebheinfo.az" bu barədə xarici mediaya istinadən xəbər verir.

Mücahid qeyd edib ki, rəsmi Kabil ölkələr arasında münaqişə istəmir və regionda gərginliyin artmasının tərəfdarı deyil.

O əlavə edib ki, İran “12 günlük müharibədə qalib gəlib və özünü müdafiə etmək qabiliyyətinə və hüququna malik olduğu üçün yenidən qalib gələcək”.

“Taliban” rəhbərliyi ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çəkilməsindən sonra xarici siyasətdə region ölkələri ilə münasibətləri gücləndirmək istiqamətində addımlar atır.

İranla Əfqanıstan arasında son dövrlərdə diplomatik təmasların və iqtisadi əlaqələrin artdığı məlumdur.

Mücahidin bu açıqlamaları Vaşinqton ilə Tehran arasındakı gərginliyin davam etdiyi bir vaxtda gəlib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
1
cebheinfo.az

2Mənbələr