AZ

Bu restoranın fəaliyyəti dayandırıldı - Nöqsanlar aşkarlanıb (FOTO)

Bakı.Trend:

Bakıda yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatyayıb.

Bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakışəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanındayerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğıntəhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həminnöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə vədövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənedilib.

Belə ki:

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tamquraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib vəmüvafiq akt tərtib edilməyib;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- obyektin bəzi daxili divarları yanar materiallarlaüzlənilib;

- mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akttəqdim edilməyib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planıtərtib olunmayıb;

- obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi vəlayihə sənədləri təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişBakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanındayerləşən “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədəQərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinətəqdim edilib.

Bu
Bu
Bu
Bu
Bu
Məqalədə:
Seçilən
105
10
az.trend.az

10Mənbələr