AZ

"Heç bir qadın tiktoker ərə hörmət qoymaz" - VİDEO

"Heç bir qadın istəməz ki, yanında tiktoker əri olsun. Çünki o ərə heç kimin höməti olmayacaq".

 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Nadir Qafarzadə deyib.
 
"Zarafat bir yana" verilişində qonaq olan sənnətçi bir müddət öncə tiktokerlər haqda qalmaqal yaradan fikirlərinə aydınlıq gətirib:
 
"Qadın istəməz ki, yanında ər dediyi adam "düşüklük" eləsin. Çünki o kişiyə heç kimin hörməti olmayacaq. O evə gələndə qadını da deyəcək ki, "Gəldi yenə tiktoker". Tiktoker olmaq olar, amma pul qazanırsansa, o məhsulu elə reklam etməlisən ki, samballı olsun. Adam gedib o şeyi almaq istəsin. Hər şeyin bir tərzi var.
 
Azərbaycan "TiktTok"u biabırçı vəziyyətdədir. Baxırsan qoca da əlinə telefonu alıb oynayır, ahıl da oynayır, cavan da... Haradandır bu qədər oynamaq sevdası? Hər şeyin yeri var axı... Mənim də mahnılarıma çarxlar çəkilir, bəyənirəm də, amma baxır necə?
 
"Anam" mahnısı oxudum və elan etdim ki, kim buna qəşəng çarx çəksə, baxışı çox olsa, ona pul mükafatı verəcəyəm. Bəyəndiyim  çarx var, ona 500 manat təqdim edəcəyəm".

Seçilən
79
yenilik.az

1Mənbələr