AZ

İran donanması təlimlərə başlayıb

ain.az, Azvision saytına istinadən bildirir.

İran mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, "Hörmüz boğazının ağıllı idarə olunması" adlı hərbi dəniz təlimi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi altında baş tutur. Bildirilib ki, təlimin məqsədi donanmanın hazırlığını yoxlamaq, boğazda mümkün təhlükələrə qarşı mübarizə aparma, İran Ordusunun sürətli, qətiyyətli və hərtərəfli cavab imkanını artırmaqdır.

ABŞ Yaxın Şərqə daha bir hərbi gəmi göndərib

Xatırladaq ki, İranda dekabrın 28-də başlamış etiraz aksiyaları fonunda Tehran və Vaşinqtonun münasibətləri daha da gərginləşib. Etiraz nümayişləri dünəndən etibarən yenidən şiddətlənib. Prezident Donald Tramp "aksiya iştirakçıları qətlə yetilərsə", İrana zərbə endiriləcəyini söyləyib. Bu çərçivədə ABŞ-dən İrana doğru gəmi qrupları göndərilib. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azvision.az

2Mənbələr