AZ

Türkiyədə kömür mədənində uçqun olub, 3 nəfər dağıntılar altında qalıb

Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində kömür mədənində uçqun baş verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində mədəndəki 3 işçi dağıntılar altında qalıb.

Əraziyə xilasetmə qrupları, Təcili Tibbi Yardım və jandarma qüvvələri cəlb olunub.

Seçilən
23
3
news365.az

4Mənbələr