Türkiyənin Zonguldak şəhərinin Kilimli rayonundakı Gelik Mədən Ocağında çöküntü baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, çöküntü nəticəsində 4 işçinin dağıntılar altında qalması haqqında məlumat verilib. Əraziyə çox sayda xilasetmə qrupu göndərilib. Gelik Bələdiyyə Başçısı Burhan Sezgin, "Çöküntü altında 4 işçi qalıb, 1 işçi ilə əlaqə yaratmaq mümkün olub" - deyib.
Hadisə Kilimli rayonunda fəaliyyət göstərən Gelik Mədən Ocağında baş verib. İlk məlumata görə, hələlik müəyyən edilməyən bir səbəbdən ocaqda çöküntü yaranıb. Çöküntü zamanı yer altında olan 3 işçinin mahsur qaldığı məlum olub.
Hadisə xəbər verildikdən sonra əraziyə AFAD, tibbi yardım, yanğınsöndürən və mədən xilasetmə komandaları göndərilib. Komandalar çöküntü ocağında axtarış və xilasetmə işlərinə başladığı bildirilib.