AZ

Vüqar Qurbanovdan ilkAÇIQLAMA 

“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

Redaktor.azxəbər verir ki, bu fikirləri “Qafqazinfo”ya Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib. 

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - V.Qurbanov qeyd edib.

Xatırladaq ki, Vüqar Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in sədri vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Seçilən
75
17
redaktor.az

10Mənbələr