AZ

Vüqar Qurbanovdan AÇIQLAMA: Əsas məqsədim...

ain.az bildirir, Milli.az portalına istinadən.

"Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram".

Milli.Az xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib. 

"TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm", - V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
17
news.milli.az

10Mənbələr