AZ

İl ərzində Niyazinin mənzil muzeyinə 179 ekskursiya təşkil olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 16 fevral, AZƏRTAC

Ötən il Maestro Niyazinin mənzil- muzeyini ümumilikdə 1685 nəfər ziyarət edib. İl ərzində muzeydə 179 ekskursiya təşkil olunub.

Bu barədə AZƏRTAC-a açıqlamasında Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov məlumat verib.

Onun sözlərinə görə, muzey fəaliyyət göstərdiyi müddət ərzində öz fəallığını qoruyaraq Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinə və incəsənət ənənələrinə malik olduğunu təbliğ edir, dahi dirijor və bəstəkar Niyazinin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır.

Rza Bayramov bildirib ki, muzey yalnız ekspozisiya məkanı kimi deyil, həm də maarifləndirici tədbirlərin, xatirə gecələrinin və yubiley tədbirlərinin keçirildiyi canlı mədəniyyət ocağı kimi fəaliyyət göstərir. Burada təşkil olunan proqramlar gənc nəslin milli musiqi irsinə marağının artırılmasına və klassik sənət ənənələrinin yaşadılmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
azertag.az

2Mənbələr