AZ

Yusif Abdullayev: Məqsədimiz yalnız ənənəvi bazarlara deyil, yeni xarici bazarlara çıxışı stimullaşdırmaqdır

Bakı, 16 fevral, foto İlqar Cəfərov AZƏRTAC

Azərbaycanın kənd təsərrüfatı potensialı böyükdür və ixrac imkanlarına malikdir. Biz Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri inkişaf etdirərək kənd təsərrüfatı məhsullarını ixrac etmək istiqamətində tədbirlər görürük.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.

O bildirib ki, bu ildən etibarən Azərbaycandan ixrac edilən məhsullar üçün logistika üzrə subsidiya mexanizmi tətbiq olunacaq.

“Subsidiya yalnız yeni bazarlarda, artım potensialı olan ölkələr üçün nəzərdə tutulur. Ənənəvi bazarlara isə bu subsidiyalar şamil edilməyəcək. Subsidiya mexanizmi şirkətləri müxtəlif bazarlara çıxış üçün təşviq edəcək və ixracın şaxələndirilməsinə xidmət edəcək. Azərbaycan məhsullarının BƏƏ-yə ixracında logistika məsələləri əsas çağırışlardan biridir və bəzən əlavə xərc tələb edə bilər. Biz alternativ yollar və marşrutlar üzərində danışıqlar apardıq. Məqsədimiz yalnız ənənəvi bazarlara deyil, yeni xarici bazarlara çıxışı stimullaşdırmaqdır”, - deyə Y Abdullayev əlavə edib.

Seçilən
101
azertag.az

1Mənbələr