AZ

“Barselona” həm uduzdu, həm də liderliyi əldən verdi Video

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya Laliqasının 24-cü turunda son çempion “Barselona” səfərdə “Girona”nın qonağı olub.

Yeniavaz.com xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 59-cu dəqiqədə “Kataloniyalılar”ın müdafiəçisi Pau Kubarsi açıb. Cəmi iki dəqiqə sonra isə “Girona”nın heyərində Tomas Lemar hesabı bərabərləşdirib.

86-cı dəqiqədə isə Fran Beltran həlledici qolu vurub. Əlavə olunmuş vaxtın 9-cu dəqiqəsində Xoel Roka birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

“Girona” bu nəticə ilə xallarının sayını 29-a çatdırıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Barselona” isə həm qələbəni, həm də liderliyi əldən verib. Kataloniya təmsilçisi hazırda 58 xalla ikinci pillədədir və lider “Real Madrid”dən 2 xal geridədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
yeniavaz.com

2Mənbələr