AZ

Azərbaycan çempionatında sensasiyalar günü

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi. “İki sahil” xəbər verir ki, dünən  keçirilən tay-brek görüşlərində sensasiya qeydə alınıb. Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşdı (2,5-3,5). 

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırdı (3-1). Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk etdi (1,5-2,5)

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü oldu 3-1. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazandı 2,5-1,5. 

Bu gün Azərbaycan çempionatında yarımfinal başlayır.

Seçilən
13
9
ikisahil.az

10Mənbələr