Bakı.Trend:
Bərdədə yük avtomobili piyadanı vurub.
Trend-inməlumatına görə, hadisə dünən saat 17:30 radələrində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Elnur Mehdizadə idarə etdiyi“Qazel” markalı yük avtomobili ilə yaşadığı Bərdə rayonu, 1-ciQazaxlar kəndi ərazisində yerləşən kəndarası aralıq yolda sağadönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib, həmin vaxtyolun qarşı tərəfdən sağ ehtiyat hissəsində piyada hərəkətdə olan1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.
Hadisə nəticəsində piyada Elçin Sadıqov ölüb
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-cimaddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.