AZ

Yasamalda bu küçədə velosiped zolağı salınır FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Cəfər Cabbarlı küçəsində velosiped infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb.

Avtosfer.az xəbər verir ki, hazırda ərazidə xüsusi nişanlanma xətlərinin çəkilməsi və yol örtüyünün uyğunlaşdırılması prosesi aparılır.

Layihə çərçivəsində küçə boyunca velosipedçilər üçün ayrıca hərəkət zolaqları salınır. Məqsəd şəhərdə alternativ nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək, eyni zamanda yol hərəkətinin təhlükəsizliyini artırmaqdır.

Mütəxəssislərin fikrincə, velosiped zolaqlarının təşkili həm tıxacların azalmasına, həm də ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərə bilər. İşlərin mərhələli şəkildə davam etdiriləcəyi bildirilir.

Eltac

Oxunub 0

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
avtosfer.az

1Mənbələr