İtaliyanın Napoli şəhərində yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın səhərin ilk saatlarında başlayıb.
Yanğın nəticəsində 180 illik tarixi Sannazaro Teatrı alovlar içində qalıb. Teatrın damı çöküb və binada ciddi ziyan yaranıb.