AZ

Bakının mərkəzində binadakı yanğın məhdudlaşdırılıb

Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər təxliyə edib.

Bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub. Hazırda yanğın məhdudlaşdırılıb.

Əraziyə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub.

Seçilən
24
2
ikisahil.az

2Mənbələr