AZ

Liderin ən yaxın təqibçisi olmağımız üzərimizdə heç bir təzyiq yaratmır Nəcəfov qələbəyə köklənib

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

1-ci Liqada çempionluq uğrunda mübarizə aparan "Baku Sportinq" 15-ci turda ev oyyunlarını Şamaxıda keçirən "Cəbrayıl"ın qonağı olacaq. Hazırda lider "Şəfa"dan 3 xal geri qalan Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qarşıdakı görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi çox ağır oyun gözləyir. Turnir cədvəlinə diqqət yetirsək, iki fərqli hədəf uğrunda mübarizə aparan komandalar qarşılaşacaqlar. Belə oyunlar hər zaman ağır olur. Çünki "Cəbrayıl" çalışacaq ki, xal və xallar qazanıb turnir cədvəlindəki mövqeyini yaxşılaşdırsın, biz isə qələbə əldə edib liderlər qrupunda qalmaq istəyirik. Matça yaxşı hazırlaşmışıq. Meydandan 3 xalla ayrılacağımıza ümid edirik. 

Liderin ən yaxın təqibçisi olmağımız üzərimizdə heç bir təzyiq yaratmır. Yekunda harada olacağımızı fikirləşib təzyiq altına düşməkdənsə, hər həftə növbəti qarşılaşmanı düşünmək daha doğru yanaşmadır. Mövsümün sonunda hansı nəticəyə nail olacağımızı zaman göstərəcək".

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
fanat.az

1Mənbələr