
Bu gün Vaşinqton və Tehran arasında Cenevrədə aparılan danışıqlar fonunda İranın Ali rəhbəri Seyid Əli Xamenei sərt açıqlama verib.
Missiya.Az xəbər verir ki, Xamenei Şərqi Azərbaycan əyalətinin sakinləri ilə görüşündə ABŞ-nin bölgəyə göndərdiyi hərbi gəmilərlə bağlı təhdid xarakterli fikirlər səsləndirib.
O bildirib ki, ABŞ Prezidenti daim öz ordusunu “dünyanın ən güclü ordusu” kimi təqdim edir.
Xameneinin sözlərinə görə, dünyanın ən güclü ordusu belə bəzən elə zərbələr ala bilər ki, ayağa qalxa bilməz.
Ali rəhbər ABŞ-nin İran suları yaxınlığına təyyarədaşıyan gəmi göndərməsi ilə bağlı açıqlamalara da toxunub:
“Təyyarədaşıyan gəmi təhlükəli vasitədir. Ancaq ondan daha təhlükəlisi onu dənizin dibinə ata biləcək silahdır”, - deyə o vurğulayıb.
Xamenei ABŞ Prezidentinin son çıxışlarından birinə istinad edərək deyib:
“47 ildir Amerika İslam Respublikasını məhv edə bilməyib. Siz bunu bundan sonra da edə bilməyəcəksiniz”, - deyə əlavə edib.
Daşqın HəsənovMissiya.Az