AZ

BƏƏ-də qızıl medal qazanan azərbaycanlı karateçi: "Turnir ərəfəsində müəyyən çətinliklərlə üzləşdim"

Azərbaycan karateçisi Xədicə Qasımova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra şəhərində keçirilmiş "Karate1 Gənclər Liqası" turnirindən öncə çətinliklərlə üzləşib.

Karateçi bunu "Report"a açıqlamasında bildirib.

52 kq çəki dərəcəsində yarışan idmançı buna rəğmən, döyüşlərin əla keçdiyini vurğulayıb:

"Yarışa hər gün məşq edərək hazırlaşırdım. Turnir ərəfəsində müəyyən ağrılarla, xəstəliklərlə üzləşdim. Buna baxmayaraq, hazırlığı dayandırmadım. Döyüşlərim demək olar ki, əla keçdi. Qarşılaşmaların çoxunu böyükhesablı qələbələrlə başa vurdum. Ən çətin döyüşüm yarımfinalda xorvatiyalı rəqibimə qarşı oldu. Həyəcanlı olsam da, qorxum yox idi və qalib gəlməyi bacardım".

X.Qasımova növbəti hədəfləri barədə də məlumat verib:

"Qarşıda bizi Xorvatiyada keçiriləcək yarış gözləyir. İndi həmin turnirə hazırlaşırıq. İnşallah, orada da eyni uğuru təkrarlamaq istəyirəm".

Qeyd edək ki, Xədicə Qasımova BƏƏ-dəki yarışda U-14 yaş kateqoriyasında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Seçilən
45
far.az

1Mənbələr