AZ

Güclü yanğında xəsarət alan qadın: Üçotaqlı evim kül oldu

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Evdə yatmışdım. Yuxudan oyandım ki, ev tüstüdür".

Bunu Oxu.Az-a açıqlamasında Bakının İslam Səfərli küçəsində yanğın baş verən binadakı mənzilin sahibi Sona Cavanşirova deyib.

O bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verib:

"Evdə qardaşımla ikimiz qalırıq. Tüstü qəfil oldu, pəncərələri açıb, qonşuları köməyə çağırdım. Tez bir zamanda yanğın genişləndi. Üçotaqlı evim tam yandı. Polis əməkdaşları təxliyə etdilər".

S.Cavanşirova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
oxu.az

2Mənbələr