Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Ziya Bünyadov prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığında) qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 15-də saat 11:07 radələrində qeydə alınıb.
Videodan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus 77-JP-471 dövlət qeydiyyat nişanlı “BYD” markalı sərnişin avtobusunun sürücüsü manevr qaydasını pozub.
Belə ki, o, solda hərəkətdə olan avtomobili sıxışdıraraq həmin zolağa keçib və bu zaman görüntünü qeydə alan nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradıb.
Kadrlarda avtobus sürücüsünün dönmə siqnalını yandıraraq manevr etdiyi əks olunsa da, bu, ona hərəkətdə üstünlük hüququ vermir.
Qanunvericiliyə əsasən, sürücü zolağı dəyişməzdən əvvəl həmin zolağın boş olduğuna əmin olmalı və bundan sonra manevr etməlidir.
Nərmin
Oxunub 24
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.