AZ

Mərkəzi Xəstəxanalarda yoxlamalar başladı - Baş həkimlərin fəaaliyyəti araşdırılır

Azərbaycanda səhiyyə sistemində genişmiqyaslı yoxlamalar başlayıb...

Poliqon xəbər verir ki, bizimesr.az portalınının əldə etdiyi məlumata görə, bütün rayon Mərkəzi Xəstəxanalarında yoxlamalar aparılacaq. Bildirilir ki, bu qərar TƏBİB-in rəhbəri Vüqar Qurbanovun vəzifədən azad edilməsindən sonra qəbul edilib.

Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, Vüqar Qurbanovun fəaliyyəti dövründə onun tabeliyində olmuş bütün səhiyyə müəssisələrinin işi araşdırılacaq. Yoxlamalar çərçivəsində ciddi nöqsanlara yol verən baş həkim və direktorların vəzifədən azad ediləcəyi bildirilir. Artıq bu prosesə başlanıldığı vurğulanır. 

İlk kadr dəyişikliyi də baş tutub. Şəmkir Rayon Mərkəzi Xəstəxanası-nın direktoru Samir Namazov vəzifəsindən azad edilib. 

Bizimesr.az xəbər verir ki, bu gün TƏBİB rəhbərliyinin müvafiq əmri ilə direktorun əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, S. Namazov 2025-ci ilin may ayından sözügedən vəzifədə çalışırdı.Hələlik sabiq direktorun yerinə yeni təyinatla bağlı rəsmi məlumat açıqlanmayıb. Səhiyyə sistemində aparılan yoxlamaların digər rayonları da əhatə edəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
96
poliqon.info

1Mənbələr