AZ

Şəkili teatrsevərlər Sən həmişə mənimləsən... tamaşasını yenidən izləyə biləcəklər

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəki, 17 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında növbəti tamaşa nümayiş etdiriləcək. Məşhur səhnə əsəri teatrın kollektivi tərəfindən təqdim olunacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib.

O bildirib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən..." əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev (Həsənzadə), aktyorlar Aytac İsmayılzadə (Nargilə), Lalə Məmməd (Nəzakət), Xəyal Salahov (Fərəc) və Nərmin Abbasova (Xurşid) ifa edirlər.

Tamaşa görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr edilir. Səhnə əsəri fevralın 22-də saat 17-də təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
115
azertag.az

1Mənbələr