AZ

Azərbaycandan Portuqaliyaya yanvarda ixrac olunmuş neftin həcmi açıqlandı

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 44,3milyon ABŞ dollar dəyərində bitumlu süxurlardan əldə edilən 93,6min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar ayı iləmüqayisədə dəyər ifadəsində 64,8 milyon ABŞ dolları və ya 59,4faiz, həcm baxımından isə 122,4 min ton və ya 56,7 faiz azdır.

Ötən ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 109,1 milyonABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 216 min tonneft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məqalədə:
Seçilən
53
13
az.trend.az

10Mənbələr