AZ

Bolmart, Rahat və daha 4 market əmək haqqı ödəmir

Bolmart, Rahat və daha 4 market əmək haqqı ödəmir

“Rahat”, “Grandmart”, “Bolmart”, “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin işçiləri maaşlarını ala bilmirlər. Bu barədə sözügedən marketlərdə çalışan bir qrup işçi şikayətlə çıxış edib.

İşçilərin bildirdiyinə görə, artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmirlər: “Dəfələrlə rəhbərliyə müraciət etmişik. Hər dəfə yaxın günlərdə maaşların ödəniləcəyini deyirlər, ancaq bir neçə aydır məvaciblərimizi ala bilmirik”, – deyə şikayətçilər qeyd edib.

Məlumat üçün bildirək ki, adları qeyd olunan marketlər şəbəkələrində ümumilikdə 10 mindən çox işçi çalışır. Bu qədər böyük işçi qüvvəsinin aylardır ödəniş almaması ciddi narahatlıq yaradır.

Yayılan digər məlumatlara görə, bu marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranıb. Üstəlik, marketlərin təchizatçılara da on milyonlarla vəsaiti ödəmədiyi üzə çıxıb. Bu səbəbdən təchizatçı şirkətlər məhkəməyə müraciət ediblər.

Hazırda həm işçilərin maaş borcları, həm də şirkətlərin vergi və təchizat öhdəlikləri ilə bağlı vəziyyətin gərgin olduğu bildirilir.

Seçilən
73
6
afn.az

7Mənbələr