AZ

Çəki azaltmaq üçün aralıqlı oruc ənənəvi pəhrizlərdən üstün deyil - Araşdırma

Bakı. Trend:

Yeni araşdırmalara əsasən, aralıqlı oruc tutmaq arıqlamaqbaxımından ənənəvi pəhrizlərdən daha effektiv deyil, hətta pəhrizsaxlamamaqdan fərqlənmir.

Trend bubarədə xarici KİV-ə istinadən məlumat verir.

Beynəlxalq elmi jurnalda dərc edilmiş rəsmi məlumatlara görə,tədqiqatçılar 22 beynəlxalq araşdırmanın nəticələrini təhlil edərəkmüəyyən ediblər ki, artıq çəki və ya piylənmə problemi yaşayanşəxslər məşhur "5:2 pəhrizi" kimi oruc rejimlərinə əməl etdikdə,əldə olunan çəki itkisi ənənəvi pəhriz tövsiyələrinə riayətedənlərlə demək olar ki, eyni olur.

Qeyd olunur ki, bu yanaşma pəhriz saxlamamaqdan demək olar ki,fərqlənmir. Belə ki, aralıqlı oruc tutan insanlar orta hesablabədən çəkilərinin cəmi 3 faizini itirirlər. Halbuki həkimlər klinikbaxımdan əhəmiyyətli nəticə üçün minimum 5 faizlik çəki azalmasınızəruri hesab edirlər. Araşdırmaların hamısı qısamüddətli olub vəmaksimum 12 ay ərzində müşahidələr aparılıb.

Tədqiqatçılar arıqlama baxımından minimal fərqlərdən başqa,aralıqlı orucun həyat keyfiyyətini digər pəhriz növlərindən dahaçox yaxşılaşdırdığına dair heç bir güclü elmi sübuttapmayıblar.

Qeyd edək ki, aralıqlı oruc yeməklərin müəyyən saatlarlaməhdudlaşdırılması və ya həftənin bəzi günlərində qida qəbulundanimtina edilməsi son illər arıqlama, fiziki və idrak sağlamlığınınyaxşılaşması, hətta qocalmanın ləngiməsi kimi iddialar fonundageniş yayılıb.

Seçilən
60
1
az.trend.az

2Mənbələr