AZ

Rəhim Həsənov hakimin qolu ləğv etməsi ilə bağlı qərarını təsdiqlədi - Video

style='margin-bottom:10px;'>

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, "İmişli" - "Qarabağ", "Zirə" - "Karvan-Yevlax", "Kəpəz" - "Neftçi", "Araz-Naxçıvan" - "Sumqayıt", "Şamaxı" - "Turan Tovuz", "Qəbələ" - "Sabah" olmaqla ümumilikdə 6 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis "Qəbələ" - "Sabah" matçında mübahisəli epizodla bağlı baş hakim Rauf Cabarovun doğru qərar qəbul etdiyini təsdiqləyib. Eyni zamanda Rəhim Həsənov "Kəpəz" - "Neftçi" matçında baş hakim Əli Əliyevin 30-cu dəqiqədə penalti qərarı verməsinin, "Araz-Naxçıvan" - "Sumqayıt" matçında isə baş hakim Elçin Məsiyevin 21-ci dəqiqədəki penalti qərarını ləğv etməsininin səhv qərar olduğunu bildirib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Seçilən
3
4
teleqraf.com

6Mənbələr