AZ

Volodimir Zelenski: Emosional Ukrayna xalqı nə məni, nə də ABŞ ı bağışlamaz

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyev, 18 fevral, AZƏRTAC

Ukrayna xalqı Rusiya ilə təcavüzkara bütün Donbas üzərində nəzarəti təmin edəcək sülh müqaviləsinə razı olmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a verdiyi müsahibədə bildirib.

Zelenskinin sözlərinə görə, Kiyev və Vaşinqton hər hansı bir müqavilənin Ukraynada referenduma təqdim edilməsi barədə razılığa gəliblər.

Prezident hesab edir ki, əgər müqavilə yalnız Ukrayna qoşunlarının Donetsk bölgəsindən çıxarılmasını nəzərdə tutursa, referendumdan keçməyəcək.

“Emosional olaraq insanlar bunu heç vaxt bağışlamayacaqlar. Heç vaxt. Onlar nə məni, nə də ABŞ-ı bağışlayacaqlar”, – deyə Zelenski qeyd edib.

O əlavə edib ki, ukraynalılar niyə onlardan əlavə ərazi güzəştləri tələb olunduğunu başa düşə bilməzlər.

Lakin dövlət başçısı vurğulayıb ki, əgər müqavilə Donbasdakı mövcud cəbhə xəttində atəşkəsin əldə edilməsini təmin edərsə, ukraynalılar bunu qəbul edəcəklər.

“Düşünürəm ki, sənəddə təmas xəttində olduğumuz yerdə qalacağımızı qeyd etsək, insanlar referendumda bunu dəstəkləyəcəklər. Mənim fikrim budur”, – deyə Prezident əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
4
azertag.az

10Mənbələr