AZ

İsveç Rusiyanı əsas təhlükə hesab edir

Moskvanın getdikcə daha aqressiv davranışı Baltikyanı regionda təhlükəli eskalasiyaya səbəb ola bilər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin illik hesabatına görə, İsveç Rusiyanı ölkə və NATO üçün əsas hərbi təhdid hesab edir. Bu barədə "Politico" qəzeti çərşənbə axşamı, 17 fevralda məlumat verib .Sənəddə hava məkanının pozulması, təxribat aktları və kiberhücumlar Rusiyanın bölgədə, xüsusən də Baltik dənizində hərbi təcavüzünə nümunə kimi qeyd olunur.

Hesabatda deyilir ki, "Rusiya İsveç və NATO üçün əsas hərbi təhdiddir".

İsveçin qiymətləndirməsi Estoniya Xarici Kəşfiyyat Xidmətinin (EFIS) ötən həftə illik icmalında Rusiyanı "səriştəsizliyinə baxmayaraq, təhlükəli" adlandırmasından sonraya təsadüf edir. Eyni zamanda, eston analitikləri panikaya qarşı xəbərdarlıq etdilər və Moskvanın gələn il Estoniyaya və ya NATO ölkələrinə hücum etmək niyyətində olduğunu düşünmürlər.

Brifinq zamanı NATO-nun yüksək vəzifəli rəsmisi bu qiymətləndirməni təsdiqlədi: "Biz alyansın gücü və bizim və Rusiyanın 5-ci maddəyə əməl etdiyimizə inam, eləcə də NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 3,5%-nə qədər artırmaq barədə son öhdəlikləri ilə qorunuruq. Bu investisiyaları davam etdirdiyimiz müddətcə, bu, bizi Rusiyanın təcavüzə cəsarət etməyəcəyi bir vəziyyətdə saxlayacaq".

İsveç və Estoniya hesabatlarında həmçinin qeyd olunur ki, Rusiya artilleriya istehsalını əhəmiyyətli dərəcədə artırıb və bu da Ukraynadakı müharibə bitdikdən sonra belə potensial təhlükənin mövcudluğunu göstərir. Estoniya hesabatında Moskvanın Ukraynaya tammiqyaslı işğalının başlanğıcından bəri mərmi və digər artilleriya istehsalının 17 dəfə artdığı təxmin edilir.

Xatırladaq ki, İsveç və Ukrayna kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər .

Müəllif: Günel Fərzəliyeva
Seçilən
43
1
sia.az

2Mənbələr