Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər gedir.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.
“Lüğətə yenidən baxmağa ehtiyac var idi. Hazırda bununla bağlı işlər gedir. 2026-ci ilin sonunadək lüğətin çap ediləcəyi ehtimal edilir”, - İsa Həbibbəyli deyib.