AZ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər bahalaşacaq və belə olacaq

Son günlər dünya bazarlarında qızılın qiymətində müşahidə olunan eniş investorlar arasında suallar yaradıb. Bəs, qızılın yenidən 5 100–5 200 dollar səviyyəsinə qayıtması realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın yenidən yüksək qiymət səviyyələrinə qayıtması kifayət qədər real görünür.

iqtisadçı-ekspert

Onun sözlərinə görə, beynəlxalq proqnoz mərkəzləri, investisiya bankları və reytinq agentlikləri qiymətli metal üzrə nikbin gözləntilərini qoruyur:

“Hazırda çoxsaylı proqnoz təşkilatları qızılın gələcəkdə 5 500–6 000 dollaradək bahalaşa biləcəyini gözləyir. Bu baxımdan qızılın yenidən 5 100–5 200 dollar səviyyəsinə qayıtması ehtimal olunan ssenarilərdən biridir.”

İqtisadçı qeyd edib ki, qızılın qiymətinə əsas təsir göstərən amillər sırasında qlobal inflyasiya gözləntiləri, mərkəzi bankların faiz siyasəti və geosiyasi risklər dayanır.

“Bu faktorlar gücləndiyi halda qiymətli metalın yenidən yüksəliş trendinə keçməsi mümkündür.
Qısamüddətli dalğalanmalara baxmayaraq, qızıl hələ də investorlar üçün “təhlükəsiz liman” aktivlərindən biri olaraq qalır”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
50
1
konkret.az

2Mənbələr