AZ

Ədəbi musiqili məkanda şairlə görüş

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İmişli rayonunda şerin musiqiyə, musiqinin xatirəyə çevrildiyi, ədəbi-bədii və musiqili "F.S book cafe" məkanında Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisis Sərvaz Hüseynoğlu poeziyasevərlərin qonağı olub.

Tədbiri AYB-nin Aran bölməsinin məsul katibi, Əməkdar müəllim, yazıçı Səxavət Tağlar açaraq şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sərvaz Hüseynoğlunun şeirləri müxtəlif dillərə tərcümə edilib, Türkiyə və Özbəkistan türkcələrinə uyğunlaşdırılıb, onun ssenarisi əsasında İmişli rayonunun tarixini əks etdirən sənədli film ekranlaşdırılıb. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional koordinatoru Vilayət Muradlı, İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Hürü Şirinova, İmişli şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Dilbər Məmmədova, mədəniyyət işçisi Vüsalə Hüseynli, gənc yazıçı Selcan Ədalət və başqaları şairin yaradıcılıq məziyyətlərindən bəhs ediblər.

Tədbirdə S.Hüseynoğlunun şerləri əsasında ədəbi kompozisiya təqdim edilib, şair görüş iştirakçılarının sullarını cavablandırıb.

Sonda müğənni Natiq İmanovun ifasında muğam parçaları dinlənilib, Sərvaz Hüseynoğlu tədbir təşkilatçılarına təşəkkür edib, yeni şeirlərini oxuyub.

Yasin TAĞIYEV

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
525.az

1Mənbələr