AZ

“WhatsApp“ mesajları qanla bitdi: 18 yaşlı gənclə bağlı Ali Məhkəmədən qərar

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 18 yaşlı Əkbər Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Əkbər Əhmədovun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Əkbər Əhmədovun cinayət əməli Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən həmin məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2024-cü il yanvarın 8-də İmişli şəhəri, A.Məmmədov küçəsində qeydə alınıb.

Olaydan iki gün əvvəl parkda zərərçəkmiş Fərid Səfərov (soyadı şərtidir) 2008-ci il təvəllüdlü Əkbər Əhmədovu təhqir edib. Hadisə günü Əkbər evdə olarkən "WhatsApp" vasitəsilə zərərçəkmiş şəxsin tanışına səs göndərərək Fəridi bıçaqla vuracağını bildirib. Həmin şəxs isə öz növbəsində audioyazını Fəridə göndərib. Fərid bundan qəzəblənərək "WhatsApp"da Əkbərə səsli və yazılı ismarışlar göndərərək onu təhqir edib. Bundan əsəbiləşən Əkbər qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Daha sonra o, küçədə Fəridlə qarşılaşıb və aralarında əlbəyaxa dava olub. Bu zaman Əkbər şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək Fəridin yaxın adamlarının gözləri qarşısında ona ümumilikdə 12 zərbə endirərək xəsarət yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Əhmədov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
8
moderator.az

9Mənbələr