AZ

UEFA dan Vinisius qalmaqalı ilə bağlı açıqlama

ain.az, Qol.az portalına istinadən məlumat verir.

UEFA-dan Vinisius qalmaqalı ilə bağlı açıqlama

"Real"ın futbolçusu Vinisius Juniorun Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə görüşdə irqçiliyə məruz qalması iddiası ilə bağlı məsələyə UEFA-dan münasibət bildirilib.

QOL.az xəbər verir ki, qurumdan "Sky Sports News"un soruğusuna cavab olaraq belə açıqlama verilib::

“Hazırda dünən axşam keçirilmiş oyunların rəsmi hesabatları təhlil olunur. Qaydaların pozulması halları aşkar edilərsə, araşdırma başlanılır. Əgər bu araşdırma intizam sanksiyalarının tətbiqi ilə nəticələnərsə, bu barədə məlumat UEFA-nın intizam bölməsinin rəsmi saytında dərc olunur. Hazırkı mərhələdə bu məsələ ilə bağlı əlavə məlumat və ya şərhimiz yoxdur".

Xatırladaq ki, oyudan yeganə qolu vurduqdan sonra sevincini qeyd edən Juniora qarşı “Benfika”nın oyunçusu Cankuja Prestyanni tərəfindən irqçi ifadələrin səsləndirildiyi bildirlir. Bundan sonra Vinisius meydanı tərk etməyə cəhd edib və qarşılaşma dayandırılıb. Təxminən 10 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
qol.az

2Mənbələr