AZ

Rusiya Starlink-i əvəz etmək üçün “Argus”u sınaqdan keçirəcək

Rusiyalı istehsalçılar hərbçiləri yüksək sürətli internetlə təmin edəcək “Argus” stratosfer pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirəcəklər.

Herbiand.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

“Argus”un sınaq uçuşlarına mart ayında başlamaq planlaşdırılır. PUA qoşunları yüksək sürətli internetlə təmin edən Starlink sistemini qismən əvəz edə biləcək. Cihaz video və dron idarəetmə siqnallarını ötürəcək, həmçinin əlavə rabitə kanalı təmin edəcək.

Dron 15-24 kilometr yüksəkliklərdə, daşına bilən hava hücumundan müdafiə sistemlərinin vura bilməyəcəyi yerdə işləyəcək. “Argus”u vurmaq üçün qarşı tərəf dronun özündən bir neçə dəfə baha olan S-300 və ya Patriot raketlərindən istifadə etməli olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
54
herbiand.az

1Mənbələr