AZ

ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə transferli vahid bilet satışına başlayır

BAKI, 18 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır.

Qurumdan Teleqraf-a verilən məlumata görə, bu marşrut üzrə ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

- Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;
- Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək mümkündür.

Seçilən
90
9
teleqraf.com

10Mənbələr